Koreya folkloru

Koreya folklorunun hissələri sayılan tarix və praktikaların neçə min illərə yaxın ömrü var. Koreya folklorunun nümunələri şamanizm, konfutsiçilik, buddizm və son zamanlar xristianlıqdan əmələ gəlmişdir. Milli ənənələrin əksəriyyəti kəndlərdə inkişaf etməkdə idi. Onların bir çoxu məişət və kənd təsərrüfatı ilə əlaqəli olaraq ailə və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu milli nağılların ifasında əks olunur: İfaçılar həmin nağıllar sayəsində tamaşaçıların diqqətini cəlb edirdilər. Ənənə və hekayələr dildən-dilə keçirdi, yazılı nümunələr isə 5-ci əsrdən yaranmağa başlamışdır. Ənənələrin çoxu az praktik və ya müasirləşmiş hala düşsə də, folklor Koreya cəmiyyətində dərin kökə malik olub və hələ də din, incəsənət, hekayələr və adətlərə təsir etməkdədir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search